Adrien Rabyo cəzalandığı üçün
İdman
247
19:20, Bu gün

Adrien Rabyo cəzalandığı üçün "Milan"ın növbəti oyununu buraxacaq

"Milan"ın Fransalı futbolçu Adrien Rabyo diskvalifikasiya olunub və buna görə də İtaliya A Seriyasında növbəti oyunu buraxacaq.

Moderator.az xəbər verir ki, yarımmüdafiəçi komandasının martın 15-də "Latsio" ilə baş tutacaq matçında meydana çıxa bilməyəcək.

Futbolçu çempionatda beş sarı vərəqə aldığı üçün cəzalandırılıb.

Bununla yanaşı, reqlamentə əsasən, Rabyo 30 min avro məbləğində cərimə də ödəməli olacaq.

Qeyd edək ki, Adrien Rabyo ötən ilin yayından "Milan"da çıxış edir.

Link kopyalandı!
Son xəbərlər