İdman
140
17:59, Bu gün

"Qalatasaray"dan böyük transfer həmləsi - FOTO

İngiltərənin "Mançester Siti" klubunun ulduz kapitanı Bernardu Silva karyerasında yeni səhifə açmağa hazırlaşır.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, təcrübəli portuqaliyalı yarımmüdafiəçini öz heyətində görmək istəyən komandalar arasında Türkiyənin "Qalatasaray", Fransanın PSJ və İspaniyanın "Barselona" kimi nəhəng klubları yer alır.

31 yaşlı istedadlı futbolçunun "şəhərlilər"lə mövcud müqaviləsinin müddəti bu yay sona çatır və hazırda tərəflər arasında hər hansı bir yenilənmə prosesi və ya danışıqlar aparılmır.

Xatırladaq ki, Bernardu Silva cari mövsüm ərzində meydana çıxdığı 38 qarşılaşmada iki dəfə fərqlənib və beş məhsuldar ötürmənin müəllifi olub.

Qalatasaraydan böyük transfer həmləsi

Link kopyalandı!
Son xəbərlər