DÇ-2026-nın büdcəsi azaldılır
İdman
204
17:47, Bu gün

DÇ-2026-nın büdcəsi azaldılır

FIFA cari ilin yayında keçiriləcək dünya çempionatı üçün əməliyyat büdcəsini 100 milyon dollardan çox azaltmaq qərarına gəlib.

Moderator.az "The Athletic"ə istinadən xəbər verir ki, təşkilatın prioriteti gəlirlərin 90%-ni qlobal miqyasda futbolun inkişafı üçün yenidən bölüşdürməkdən ibarətdir.

Bildirilib ki, ABŞ-nin vergi ödəyicilərinin üzərlərinə çəkdikləri böyük maliyyə yükü və azarkeşlər üçün təklif olunan rekord bilet qiymətləri fonunda büdcənin bu cür azaldılması müəyyən suallar doğurur.

"FIFA xərcləri optimal vəziyyətdə saxlamaq və qlobal futbolun inkişafına yönəldilən sərmayələri ən yüksək həddə çatdırmaq məqsədilə büdcənin səmərəliliyini davamlı şəkildə təhlil edir. Burada təəccüblü heç nə yoxdur, çünki bu cür büdcə yoxlamaları hər bir turnir və tədbirimizdən öncə standart olaraq həyata keçirilir", - deyə məlumatda qeyd olunub.

Nəşr həmçinin təşkilat rəsmisinin sözlərinə istinad edərək bildirir ki, büdcənin səmərəliliyinin artırılması istiqamətində atılan addımların qarşıdan gələn FIFA prezident seçkiləri ilə əlaqələndirilməsi tamamilə əsassız iddialardır.

Qeyd edək ki, 2026-cı il FIFA dünya çempionatının 11 iyun - 19 iyul tarixləri aralığında üç ölkənin - ABŞ, Kanada və Meksikanın ortaq ev sahibliyi ilə keçirilməsi planlaşdırılır.

Link kopyalandı!
Son xəbərlər