Böyük Mançester Polisi "Mançester Siti"nin oyunçusu Rodri ilə bağlı araşdırmaya başlayıb.
Moderator.az "The Sun" qəzetinə istinadən xəbər verir ki, ulduz oyunçu ilə eyni yaşayış kompleksini bölüşən qonşular hüquq-mühafizə orqanlarına şikayət edərək, onun dron vasitəsilə pəncərələrə yaxınlaşdığını və şəxsi həyatın toxunulmazlığını kobud şəkildə pozduğunu bildiriblər.
Hüquq-mühafizə orqanlarının diqqətini çəkən istintaq prosesi, Rodrinin öz penthausunun eyvanında əlində dron pultu tutduğunu əks etdirən fotoşəkillərin mətbuata sızmasından dərhal sonra başlayıb.
Nəşr narazı qonşulardan birinin sözlərini sitat gətirərək vəziyyəti belə təsvir edib:
"Evinizdə rahat televizor izləyərkən görmək istəyəcəyiniz ən son şey pəncərənizdən cəmi bir metr aralıda uçan drondur".
Xatırladaq ki, cari mövsümdə Rodri "şəhərlilər"in heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 24 matçda meydana çıxıb və rəqib qapılarından iki qol keçirib.
