FIFA prezidenti:
İdman
251
15:15, Bu gün

FIFA prezidenti: "DÇ-2026 üçün 500 milyon bilet müraciəti almışıq"

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantino 2026-cı ildə baş tutacaq növbəti dünya çempionatı ilə bağlı diqqətçəkən açıqlamalarla çıxış edib.
 
Moderator.az AS nəşrinə istinadən xəbər verir ki, İnfantino qarşıdan gələn dünya çempionatını fantastik və fenomenal hadisə adlandırıb:
 
"Hazırda ABŞ, Meksika və Kanadada müşahidə edilən həyəcanın bənzəri yoxdur. Təsəvvür edin, cəmi dörd həftə ərzində biletlərlə bağlı 500 milyondan çox müraciət qeydə almışıq. Bu, həqiqətən də inanılmaz göstəricidir. Satışda təxminən 7 milyon biletin olmasına baxmayaraq, 500 milyonluq tələbat nəinki FIFA-nın, ümumiyyətlə heç bir təşkilatın tarixində görünməmiş bir haldır. Turnir çərçivəsində keçiriləcək 104 oyundan 77-si üçün artıq bir milyondan çox bilet müraciəti daxil olub, digər qarşılaşmalarda da vəziyyət buna yaxındır. Biz turnirin inkişafı və final günləri üçün müəyyən bilet ehtiyatı saxlayırıq. Sizi əmin edirəm ki, bütün stadionlar tam dolacaq və bu, azarkeşlər üçün əsl bayrama çevriləcək".
 
"Bir vaxtlar insanlar futbolun ABŞ-də o qədər də populyar idman növü olmadığını düşünürdülər, lakin artıq hər şey dəyişib. Bu çempionat böyük uğur qazanacaq. İlk dəfə olaraq dünya çempionatı 48 komandanın, 104 oyunun, 16 şəhərin və üç ölkənin iştirakı ilə baş tutacaq. Biz hazırda nəhəng bir hadisənin astanasındayıq. Bu, sadəcə bir turnir və ya idman yarışı deyil. Bu, bütün dünyanı dayanıb onu izləməyə vadar edəcək qlobal miqyaslı sosial bir tədbirdir", - deyə C.İnfantino vurğulayıb.
 
Qeyd edək ki, 2026-cı il FIFA Dünya Kuboku 11 iyun - 19 iyul tarixləri aralığında Şimali Amerikanın üç ölkəsində - ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
Link kopyalandı!
Son xəbərlər