İnfantino İspaniyanı dünya çempionatının əsas favoritləri sırasında görür
İdman
192
13:50, Bu gün

İnfantino İspaniyanı dünya çempionatının əsas favoritləri sırasında görür

FIFA prezidenti Canni İnfantino bu il keçiriləcək dünya çempionatının favoritləri haqqında danışıb.
 
Moderator.az AS nəşrinə istinadən xəbər verir ki, ali qurumun rəhbəri İspaniya millisinin əsas namizədlərdən biri olduğunu söyləyib.
 
O, sözügedən yığmanın digərləri ilə yanaşı, favoritlərdən biri olduğunu vurğulayıb:
 
"Biz artıq İspaniyanın güclü tərəfləriin bilirik. Reytinqdə birinci olan komanda dünya çempionatının da favoritləri sırasında olmalıdır".
 
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul aralığında ABŞ, Kanada və Meksikada baş tutacaq. İspaniya millisi H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqvayla üz-üzə gələcək.
 
Link kopyalandı!
Son xəbərlər