Yaxın Şərqdəki vəziyyətə görə Bakıdakı simpozium təxirə salındı
İdman
290
10:37, Bu gün

Yaxın Şərqdəki vəziyyətə görə Bakıdakı simpozium təxirə salındı

Ümumdünya Antidopinq Agentliyi (WADA) martın 18-19-da Bakıda keçirilməsi planlaşdırılan WADA-nın Avropa üzrə Regional Simpoziumunu təxirə salıb.
 
Bu barədə Moderator.az-a Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib.
 
Bildirilib ki, tədbir Yaxın Şərqdəki vəziyyət səbəbindən təxirə salınıb.
 
Simpoziumdan əvvəl Bakıda təşkil olunması nəzərdə tutulan WADA-nın İcraiyyə Komitəsinin (ExCo) iclasının isə onlayn formatda keçirilməsinə qərar verilib.
 
WADA açıqlamasında ev sahibləri - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMADA-nın göstərdiyi qonaqpərvərlik və dəstəyini yüksək qiymətləndirərək, bu qərarın asanlıqla qəbul edilmədiyini diqqətə çatdırıb. Hava nəqliyyatında mümkün fasilələr və logistika amilləri diqqətlə təhlil edildikdən sonra bu qərarın verilməsi zəruri hesab olunub.
Link kopyalandı!
Son xəbərlər