Şahdağda gözlənilən Dünya Kuboku təxirə salındı
İdman
314
10:25, Bu gün

Şahdağda gözlənilən Dünya Kuboku təxirə salındı

"Şahdağ" Turizm Mərkəzinin ev sahibliyi edəcəyi dağ xizəyinin moqul növü üzrə Dünya Kuboku yarışı təxirə salınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) məlumat yayıb.
 
Qurumdan bildirilib ki, hazırlıq mərhələsində mövcud təbii və qış şəraitinin bu miqyaslı tədbir üçün tələb olunan yüksək keyfiyyətə və yarış mühitinə tam cavab vermədiyi müəyyənləşib:
 
"Bununla yanaşı, səyahət seçimlərinin məhdudluğu və bəzi regional hava limanlarındakı müvəqqəti məhdudiyyətlər kimi logistika amilləri idmançıların, eləcə də qonaqların rahatlığına mənfi təsir edə bilər. Baxmayaraq ki, Azərbaycan tədbiri qəbul etməyə tam hazırdır, həm Azərbaycan, həm də FIS üçün əsas hədəf yarışı ən ideal şəraitdə təşkil etmək, iştirakçılar və tamaşaçılar üçün ən yüksəksəviyyəli mühit yaratmaqdır. Məhz bu səbəbdən "Şahdağ" Turizm Mərkəzindəki moqul üzrə Dünya Kubokunun finallarının növbəti qış mövsümünə keçirilməsi barədə birgə qərar verilib. Bu addım təşkilatçılara optimal idman şəraiti qurmağa və hər iki tərəfin hədəflərinə uyğun dünyasəviyyəli yarış keçirməyə şərait yaradacaq. Azərbaycan növbəti mövsümdə beynəlxalq qış idman ictimaiyyətini Şahdağda qəbul etməyi səbirsizliklə gözləyir".
 
Xatırladaq ki, sözügedən beynəlxalq yarışın bu ilin martın 14-15-də təşkili planlaşdırılırdı.
 
Link kopyalandı!
Son xəbərlər