Premyer Liqa: “Sabah” “Qəbələ”ni qəbul edəcək
İdman
257
09:14, Bu gün

Premyer Liqa: “Sabah” “Qəbələ”ni qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulacaq.

Moderator.az xəbər verir ki, son oyun günündə “Sabah” “Qəbələ”ni qəbul edəcək.

“Bank Respublika Arena”da təşkil ediləcək görüşə saat 19:15-də start veriləcək.

Matçda ədaləti baş hakim İnqibal Məmmədov qoruyacaq.

Qeyd edək ki, növbəti turun oyunları 13-15 martda keçiriləcək.

Azərbaycan Premyer Liqası

XXIII tur

10 mart

19:15. “Sabah” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Bank Respublika Arena”.

Link kopyalandı!
Son xəbərlər