02:15
3°C
Bakı
"Real Madrid" klubunun ulduz hücumçusu Kilian Mbappe zədəsini tam bərpa edə bilmədiyi üçün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Mançester Siti"yə qarşı keçiriləcək ilk matçda komandasına kömək edə bilməyəcək.
Moderator.az xəbər verir ki, fransız forvardın İngiltərədə baş tutacaq həlledici cavab qarşılaşmasında da forma geyinməsi sual altındadır.
Məlumata görə, hücumçu sağlamlığına tam qovuşmadan yenidən yaşıl meydanlara qayıtmaq niyyətində deyil.
Qeyd edək ki, 27 yaşlı hücumçu cari mövsüm ərzində meydana çıxdığı 33 qarşılaşmada rəqib qapılarından 38 top keçirib və 6 məhsuldar ötürmə ilə yadda qalıb.