00:57
5°C
Bakı
Serbiyanın Zrenyanin şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb.
Moderator.az "Report"a istinadən xəbər verir ki, çempionatın ilk günündə Azərbaycan güləşçilərindən Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq) finala yüksəliblər.
Musa Ağayev (65 kq), Zəfər Əliyev (97 kq) bürünc medal uğrunda güləşəcəklər.
Ramik Heybətov (70 kq) isə təsəlliverici görüşə çıxacaq.
Qeyd edək ki, U-23 Avropa çempionatı martın 15-nə qədər davam edəcək.