İngiltərə Futbol Assosiasiyası Rodrini cərimələdi
İdman
134
09 Mar 2026 | 23:40

İngiltərə Futbol Assosiasiyası Rodrini cərimələdi

"Mançester Siti"nin yarımmüdafiəçisi Rodri İngiltərə Premyer Liqasının 24-cü turunda "Tottenhem"lə oyundan (2:2) sonra hakimləri açıq şəkildə tənqid etdiyi üçün cərimələnib.

Moderator.az bu barədə İngiltərə Futbol Assosiasiyasının (FA) saytına istinadən xəbər verir.

Oyundan sonra ispan futbolçu hakim Robert Consun "Tottenhem"in hücumçusu Dominik Solankenin ilk qolunu qeydə almaq qərarını tənqid edib.

"Təmiz qayda pozuntusu idi. "Mançester Siti" çox tez-tez qalib gəlirdi və insanlar bizim qalib gəlməyimizi istəmirlər, lakin hakim neytral işləməlidir", - deyə Rodri vurğulayıb.

FA Rodrini "qərəzlilik ehtimalı yaradan, yaxud hakimin dürüstlüyünü şübhə altına alan" şərhlərinə görə "qeyri-münasib davranışda" ittiham edib.

Rodri 80 min funt sterlinq məbləğində cərimələnib və ona xəbərdarlıq edilib. Qeyd olunur ki, araşdırma zamanı "Mançester Siti"nin yarımmüdafiəçisi təqsirini etiraf edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər