Premyer Liqa:
İdman
127
09 Mar 2026 | 23:37

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"a məğlub olub

Misli Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Moderator.az-ın məlumatına görə, günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib.

"Palms Sports Arena"dakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.

56-cı dəqiqədə Joarlem Santos fərqlənib.

Qələbədən sonra xallarının sayını 44-ə çatdıran Tovuz klubu üçüncü pillədə qərarlaşıb. Bakı təmsilçisi 31 xalla yeddinci sıradadır.

Günün ilk görüşündə "Zirə" "Kəpəz"lə bərabərə qalıb - 2:2.

Qeyd edək ki, əvvəlki matçlarda "Sumqayıt" "Karvan-Yevlax"la (1:1), "Şamaxı" "İmişli" (0:0) ilə bərabərə qalıb. "Qarabağ" isə "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub edib. Tura martın 10-da yekun vurulacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər