İdman
395
09 Mar 2026 | 19:10

"Liverpul" "İnter"in ulduzunu hədəf alıb - FOTO

İtaliyanın "İnter" futbol klubunun aparıcı müdafiəçisi Federiko Dimarko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Moderator.az "The Touchline" nəşrinə istinadən xəbər verir ki, İngiltərənin "Liverpul" klubu italyan ulduzu bu yay transfer pəncərəsində öz heyətinə cəlb etməkdə qərarlıdır.

28 yaşlı sol cinah müdafiəçisinin özünün də dünyanın ən populyar liqasında çıxış etmək variantının əleyhinə olmadığı bildirilir.

Xatırladaq ki, Federiko Dimarko məhz "İnter" klubunun yetirməsidir. İtaliya milli komandasının şərəfini də qoruyan futbolçu, bu mövsüm Milan təmsilçisinin forması ilə çıxdığı 36 rəsmi qarşılaşmada 7 qol və 15 məhsuldar ötürmə ilə yadda qalmağı bacarıb.

Liverpul İnterin ulduzunu hədəf alıb

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər