İdman
407
17:40, Bu gün

"Barselona"da ciddi itkilər: "Nyukasl Yunayted"lə matçda dörd oyunçusu iştirak etməyəcək

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi ərəfəsində "Barselona" "Nyukasl Yunayted"ə qarşı keçirəcəyi ilk matçda ciddi problemlə üzləşib.

Moderator.az xəbər verir ki, kataloniya təmsilçisinin dörd önəmli futbolçusu çətin İngiltərə səfərində komandaya kömək edə bilməyəcək.

Komandanın müdafiə xəttində olan Andreas Kristensen, Alexandro Balde, Jül Kunde və mərkəz yarımmüdafiəçisi Frenki de Yonq zədə səbəbindən sıradan çıxıblar. Adıçəkilən oyunçular İngiltərəyə yollanan rəsmi heyətə daxil edilməyiblər.

Xatırladaq ki, "Nyukasl Yunayted" - "Barselona" qarşıdurması martın 10-dan 11-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Link kopyalandı!
Son xəbərlər