Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün Serbiyanın Zrenyanin şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başlayacaq.
Moderator.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 5 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.
Bunlar Vasif Bağırov (57 kiloqram), Musa Ağayev (65 kiloqram), Ramik Heybətov (70 kiloqram), Səbuhi Əmiraslanov (79 kiloqram) və Zəfər Əliyevdir (97 kiloqram).
Qeyd edək ki, U-23 Avropa çempionatına martın 15-də yekun vurulacaq.