İdman
1358
08 Mar 2026 | 15:20

"Liverpul" Aleksis Makallister ilə müqavilənin müddətini uzatmaq niyyətindədir

İngiltərənin "Liverpul" klubu yarımmüdafiəçi Aleksis Makallister ilə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, mersisayd təmsilçisi dünya çempionu olan argentinalı futbolçunu komandada saxlamaq istəyir.

Buna səbəb onun sabit çıxışı və komanda üçün vacib oyunçulardan biri hesab olunmasıdır.

Bununla yanaşı, oyunçunu İspaniyanın "Real" klubu da diqqətdə saxlayır.

Madrid təmsilçisi gələcəkdə mümkün transfer ehtimalını nəzərdən keçirir.

Link kopyalandı!
Son xəbərlər