00:35
5°C
Bakı
Futbol üzrə Türkiyə Superliqasının 25-ci turu derbi qarşılaşması ilə əlamətdar olub.
Moderator.az xəbər verir ki, İstanbulda "Beşiktaş" öz meydanında "Qalatasaray"ı qəbul edib.
Matç 0:1 hesabı ilə qonaqların qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 39-cu dəqiqədə Osimhen vurub.
Bu nəticədən sonra "Qalatasaray" 61 xalla liderliyini davam etdirir, "Beşiktaş" 46 xalla dördüncüdür.