İdman
368
18:47, Bu gün

"Sumqayıt" turun açılış oyununda Yevlaxdan bir xalla dönür

Misli Premyer Liqasının XXIII turunda "Sumqayıt" səfərdə "Karvan-Yevlax"la bərabərə qalıb - 1:1.

Moderator.az xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan matçda qonaqların heyətində Səbuhi Abdullazadə 51-ci dəqiqədə penalti zərbəsi ilə hesabı açıb.

Yevlax təmsilçisi 90+3-cü dəqiqədə bir xalı əldə edib. "Karvan-Yevlax" Coy Sleyd Mikelslə bərabərlik qolunu vurub.

"Sumqayıt" 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 8 xala malik "Karvan-Yevlax" isə sonuncu (12-ci).

Link kopyalandı!
Son xəbərlər