Azərbaycan yığması Macarıstanla qarşılaşacaq
İdman
144
10:14, Bu gün

Azərbaycan yığması Macarıstanla qarşılaşacaq

Bu gün Azərbaycanın qadınlardan ibarət millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində 2-ci oyununa çıxacaq.
 
Moderator.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçilik etdiyi komanda səfərdə Macarıstanla qarşılaşacaq. C Liqasının 3-cü qrupunun matçı Felksutdakı "Panço Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
 
Bu qrupun digər oyununda isə Andorra Şimali Makedoniyanın qonağı olacaq (Bakı vaxtı ilə saat 18:00).
 
Qeyd edək ki, Azərbaycan millisi ilk matçda Şimali Makedoniyaya 2:0 hesabı ilə qalib gəlib.
 
7 mart
 
17:30. Macarıstan - Azərbaycan
 
Baş hakim: Filipa Pereyra Kunya, Andreya Souza, Kristiana Moreyra Kosta, Sara Alves (Hakimlər briqadası Portuqaliyadandır)
 
"Panço Arena"
 
18:00. Şimali Makedoniya - Andorra
 
Link kopyalandı!
Son xəbərlər