Bizi sosial şəbəkələrdən izləyin:
Bizon Azərbaycan kubokunun 2025/26 mövsümündə ilk dəfə penaltilər seriyası zərurəti yaranıb.
Moderator.az PFL-in rəsmi saytına istinadın xəbər verir ki, 1/4 final mərhələsinin “Qəbələ” – “Sabah” cütünün taleyi seriyada həll olunub.
Bakıda 0:0, Qəbələdə 3:3 hesablı heç-heçə edən rəqiblərin duelində yekunda paytaxt təmsilçisi qalib gəlib – 4:2. Bu, ölkə kuboku tarixində 35-ci penaltilər seriyası olub.
Sonuncu belə matç da “Sabah”ın iştirakı ilə olub. Bakı klubu 2024/25 mövsümünün 1/8 finalında “Turan Tovuz”dan üstün olub – 2:2, 3:1.
“Sabah” turnirin tarixində ikinci dəfə vurduğu penaltilər seriyasında yenə qalib gəlib.
“Qəbələ” 5-ci dəfə kubok matçında belə hadisə ilə üzləşib. 2 qələbəsi olan komanda 3-cü dəfə məğlub olub. “Qırmızı-qaralar” 2007/08 mövsümündə 1/4 finalda “Bakı”ya (1:1, 1:1, pen.4:3) , 2016/17 mövsümündə 1/8 finalda “Zaqatala”ya (2:2, pen.4:1) qalib gəlib. 2013/14 mövsümündə finalda (1:1, pen.2:3), 2015/16 mövsümündə yarımfinalda (1:1, 1:1, pen.3:4) “Neftçi”yə qarşı duellər uğursuz olub.