Azərbaycan Basketbol Liqasında
İdman
384
10:05, Bu gün

Azərbaycan Basketbol Liqasında "Naxçıvan" – "Lənkəran" matçı baş tutacaq

Azərbaycan Basketbol Liqasında (ABL) XVIII turun daha bir oyunu keçiriləcək.
 
Moderator.az xəbər verir ki, "Naxçıvan" bu gün "Lənkəran" komandası ilə üz-üzə gələcək.
 
Qarşılaşma Sərhədçi İdman Mərkəzində, saat 20:00-da start götürəcək.
 
Naxçıvan təmsilçisi B qrupunda 30 xalla ikinci pillədə qərarlaşıb. "Lənkəran" isə 21 xalla sonuncu - altıncıdır.
 
Qeyd edək ki, tura martın 8-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67) məğlub edib.
 
Link kopyalandı!
Son xəbərlər