Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIII turun oyunları keçirilib
İdman
283
19:00, Bu gün

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XIII turun oyunları keçirilib

Futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib.

Moderator.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, turun ilk matçında lider "Neftçi" İK "Şuşa" komandasını sınağa çəkib.

Görüş "ağ-qaralar"ın 14:0 hesablı qələbəsi ilə başa çatıb.

"Araz-Naxçıvan" – "Lənkəran" oyunu isə ikincilər matça gəlmədiyi üçün baş tutmayıb. Bu görüşün nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi tərəfindən müvafiq qərar veriləcək.

Günün son qarşılaşmasında "Baku Fire" 8:6 hesabı ilə U-19 millisini məğlub edib.

Link kopyalandı!
Son xəbərlər