Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilib
İdman
330
14:20, Bu gün

Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna start verilib

Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna start verilib.
 
Moderator.az xəbər verir ki, yarışın ilk günündə təsnifat mərhələsi baş tutacaq.
 
Milli Gimnastika Arenasında təşkil olunan yarışın startından əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.
 
Dünya Kubokunda kişilər sərbəst hərəkətlər, paralel qollar və halqalarla bacarıqlarını nümayiş etdirəcəklər. Qadınlar isə dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar növlərində mübarizə aparacaqlar.
 
Turnirdə Azərbaycanı Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edəcəklər.
 
Dünya Kubokuna 35 ölkənin təmsilçiləri qatılıblar.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər