KİV:
İdman
245
17:30, Bu gün

KİV: "Real Madrid" məşhur italiyalı məşqçiyə tapşırılır

İspaniyanın "Real Madrid" futbol klubunun rəhbərliyi cari mövsümün sonunda italiyalı Massimiliano Alleqrini baş məşqçi təyin etmək istəyir.

Moderator.az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere dello Sport" nəşri məlumat yayıb.

Məlumata görə, "Real Madrid" Alleqri və ya almaniyalı Yurgen Kloppu kluba dəvət etməyi düşünür. Lakin alman mütəxəssis hazırda Avstriyada "Red Bull" şirkətində çalışır və məşqçiliyə qayıtmaq istəmədiyini dəfələrlə bildirib.

Buna görə də, italiyalı mütəxəssis "Kral klubu"nun rəhbərliyi üçün prioritet hədəfdir.

Xəbərdə bildirilir ki, Alleqri artıq iki dəfə - 2019-cu və 2021-ci illərdə Madrid klubunun təkliflərini rədd edib.

Qeyd edək ki, 58 yaşlı məşqçi ötən ilin mayından "Milan"ı çalışdırır və onun İtaliya klubu ilə müqaviləsi 2026/27 mövsümünün sonuna qədərdir.

"Real Madrid" mövsümün əvvəlindən klubu çalışdıran ispaniyalı Xabi Alonso ilə yanvarda yollarını ayırıb. Onun yerinə həmyerlisi Alvaro Arbeloa təyin edilib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Link kopyalandı!
Son xəbərlər