İdman
330
03 Mar 2026 | 22:55

"Liverpul"un qapıçısı Alisson Bekker "İnter" və "Yuventus"un hədəfindədir

İngiltərənin "Liverpul" klubunun qapıçısı Alisson Bekker karyerasını İtaliyada davam etdirə bilər.

Moderator.az "La Repubblica"ya istinadən xəbər verir ki, adıçəkilən ölkənin "İnter" və "Yuventus" kollektivləri yayda braziliyalı qolkiper ilə müqavilə imzalamaqda maraqlıdırlar.

"Əlcək sahibi" hər iki klubun qapıçı transferində prioritet seçimlər sırasındadır.

Qeyd edək ki, Alisson 2018-ci ildə "Roma"dan "Liverpul"a 72 milyon avroya keçib. Onun mersisaydlılarla müqaviləsinin 2027-ci ilə qədərdir. Bu mövsüm Alisson "Liverpul"un heyətində bütün yarışlarda 30 oyunda iştirak edib, 32 qol buraxıb və 12 dəfə qapısını toxunulmaz saxlayıb.

Link kopyalandı!
Son xəbərlər