Saşa İliç:
İdman
274
03 Mar 2026 | 22:27

Saşa İliç: "Azərbaycan Kubokunun oyunları bir qədər çətin olur"

Azərbaycan Kubokunun oyunları bir qədər çətin olur.

Moderator.az xəbər verir ki, bunu "Sumqayıt" klubun baş məşqçisi Saşa İliç Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə"yə qarşı keçirilən cavab oyunundan sonra mətbuat konfransında deyib.

O, məğlub olduqları qarşılaşmanı şərh edib:

"Əvvəlcə "Zirə"ni təbrik edirəm. Kubok oyunları bir qədər çətin olur. Xüsusən də ilk matçın 0:0 bitdiyini nəzərə alsaq, hər şey bu oyundan asılı idi. İlk hissəni nisbətən yaxşı oynadıq. İkinci hissədəki əvəzetmələrlə nələrisə dəyişməyə çalışdıq. Lakin qırmızı vərəqədən sonra rəqib hesabı daha da artırdı. Kubokda çıxışımız başa çatıb, artıq çempionata köklənmək lazımdır".

Qeyd edək ki, "Zirə" - "Sumqayıt" matçı "qartallar"ın 2:0 hesablı (ilk matç - 0:0) qələbəsi ilə bitib.

Link kopyalandı!
Son xəbərlər