00:45
8°C
Bakı
Misli Premyer Liqasının XXIII turunda "Qarabağ"la qarşılaşacaq "Araz-Naxçıvan" komandası hazırlıqları davam etdirir.
Klubdan Moderator.az-a verilən məlumata görə, "qırmızı-ağlar"ın heyətində bir müddət zədəli olan kapitan Urfan Abbasov da fərdi məşqlərə başlayıb.
Qeyd edək ki, "Qarabağ" - "Araz-Naxçıvan" oyunu martın 8-də, saat 19:15-də keçiriləcək.