00:06
9°C
Bakı
Türkiyə Superliqasında 27-ci turun iki oyunu təxirə salınıb.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, buna səbəb klubların avrokuboklardakı matçlarıdır. UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edən "Qalatasaray"la "UEFA Konfrans Liqasında yoluna davam edən "Samsunspor"un oyunu nəzərdə tutulan vaxtda baş tutmayacaq.
Qeyd edək ki, "Qalatasaray" UEFA Çempionlar Liqasında "Liverpul"la (10-18 mart), "Samsunspor" isə Konfrans Liqasında "Rayo Valyekano" ilə (12-19 mart) üz-üzə gələcək.