Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib
İdman
250
20:57, Bu gün

Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib

Futbol üzrə Azərbaycan Kubokunda ilk yarımfinalçı müəyyənləşib.

Moderator.az-ın məlumatına görə, 1/4 final mərhələsinin cavab matçında "Sumqayıt"ı qəbul edən "Zirə" 2:0 hesabı ilə qalib gələrək adını növbəti raunda yazdırıb.

Zirə İdman Kompleksinin stadionunda qolları David Volkov (27) və Ceyhun Nuriyev (88) vurublar.

"Gənclik şəhəri" təmsilçisi qarşılaşmanı 10 nəfərlə başa vurub. 84-ci dəqiqədə Nikola Ninkoviç qırmızı vərəqə ilə cəzalandırılaraq komandasını azlıqda qoyub.

Tərəflər arasında baş tutan ilk matçda qapılara qol vurulmamışdı.

Qeyd edək ki, 1/4 final mərhələsi martın 5-də başa çatacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər