Asif Şirəliyev reytinq turnirinin ən yaxşı hakimi seçilib
İdman
234
20:25, Bu gün

Asif Şirəliyev reytinq turnirinin ən yaxşı hakimi seçilib

Azərbaycanlı güləş referisi Asif Şirəliyev Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirinin ən yaxşı hakimi seçilib.

Moderator.az xəbər verir ki, I-S kateqoriyalı hakim fevralın 25-dən martın 1-dək baş tutan reytinq xarakterli yarışda ədaləti yüksək səviyyədə qoruduğu üçün yerli federasiya tərəfindən təltif edilib.

Albaniya Güləş Federasiyasının prezidenti Sahit Prizreni həmyerlimizə turnirin ən yaxşı hakimi üçün nəzərdə tutulmuş xüsusi mükafatı təqdim edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər