İranda çıxış edən tanınmış futbolçu Azərbaycan vasitəsilə ölkəni TƏRK ETDİ
İdman
149
17:58, Bu gün

İranda çıxış edən tanınmış futbolçu Azərbaycan vasitəsilə ölkəni TƏRK ETDİ

"Esteqlal" klubunun haitili futbolçusu Dükens Nazon İranda baş verən hərbi əməliyyatlara görə ölkəni Azərbaycan vasitəsilə tərk edib.

Moderator.az xəbər verir ki, təcrübəli hücumçu yaşadığı anları Fransanın nüfuzlu "L Équipe" nəşrinə müsahibəsində açıqlayıb.

31 yaşlı futbolçu bombardman təhlükəsi səbəbindən hava reyslərinin ləğv edilməsi ilə çıxılmaz vəziyyətdə qalıb və yeganə xilas yolunu quru sərhədi vasitəsilə Azərbaycana üz tutmaqda görüb.

"Hamı Türkiyə istiqamətinə yönəlsə də, mən sürücümlə Azərbaycan sərhədinə gəlməyi seçdim. Fransa pasportum sayəsində İrandan çıxış möhürünü vurdursam da, Azərbaycan vizası üçün tələb olunan xüsusi kodum yox idi. Yalnız diplomatların müdaxiləsi və köməyindən sonra sərhədi keçmək mümkün oldu", - deyə futbolçu qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər