Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb
İdman
238
17:54, Bu gün

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb

Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlayıb.

Moderator.az-ın məlumatına görə, "Dalğa Arena"da Şimali Makedoniyanı qəbul edən Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda 2:0 hesabı ilə qalib gəlib.

C Liqasının 3-cü qrupunun görüşündə qolları 28 və 77-ci dəqiqələrdə millinin kapitanı Sevinc Cəfərzadə vurub.

Qeyd edək ki, Azərbaycan yığması növbəti matçını martın 7-də Macarıstan millisinə qarşı keçirəcək. Bu görüş Felksutdakı "Panço Arena"da, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər