İdman
144
17:43, Bu gün

"Mançester Siti"nin qapıçısı Ceyms Trafford komandanı tərk edə bilər

"Mançester Siti"nin qapıçısı Ceyms Trafford bu yay komandadan ayrılmaq variantını nəzərdən keçirir.

Moderator.az "TEAMtalk"a istinadən xəbər verir ki, "Aston Villa" onu heyətinə qatmaqda maraqlı olan Premyer Liqa klubları sırasına qoşulub.

Ötən ilin yayında "Börnli"dən böyük ümidlərlə transfer edilən C.Trafford Canluici Donnarummanın gəlişindən sonra əsas heyətdəki yerini itirib. İtaliyalı qapıçının əvəzedicisi olan 23 yaşlı qolkiperin az şans qazandığına görə narazı olduğu və mütəmadi çıxış etmək istədiyi bildirilir.

Hazırda "Aston Villa" ilə yanaşı, "Nyukasl" da ingiltərəli qapıçının vəziyyətini yaxından izləyir.

C.Trafford cari mövsümdə bütün turnirlər daxil olmaqla cəmi 11 matçda iştirak edib. 2025-ci ildə Mançester təmsilçisinə qoşulan qolkiper klubla beşillik müqavilə imzalayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər