Arda Turanın istəyi rədd edildi: Həlledici görüşün məkanı dəyişdirildi
İdman
230
17:45, Bu gün

Arda Turanın istəyi rədd edildi: Həlledici görüşün məkanı dəyişdirildi

Ukraynanın "Şaxtyor Donetsk" klubunun UEFA Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində Polşanın "Lex" kollektivi ilə keçirəcəyi cavab görüşünün məkanı artıq dəqiqləşib.

Moderator.az xəbər verir ki, Ukrayna təmsilçisinin ev sahibi statusunda "Lex"ə qarşı keçirəcəyi cavab matçı Polşada baş tutacaq.

Xatırladaq ki, komandanın baş məşqçisi Arda Turan daha öncə bu qarşılaşmanın Türkiyənin İzmir şəhərində, "Göztəpə"yə məxsus Gürsel Aksel stadionunda keçirilməsini arzuladıqlarını dilə gətirmişdi. Lakin UEFA bu istəyi müsbət dəyərləndirməyib.

Qeyd edək ki, tərəflər arasında ilk oyun martın 12-də, cavab görüşü isə martın 19-da keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər