İdman
243
02 Mar 2026 | 22:50

"Tottenhem" UEFA tərəfindən 30 min avro cərimələndi

UEFA-nın İntizam Komitəsi İngiltərənin "Tottenhem" klubunu Çempionlar Liqasının ümumi mərhələsinin 8-ci turunda Almaniyanın "Ayntraxt" klubu ilə oyun zamanı azarkeşlərin ayrı-seçkilik davranışı səbəbindən 30 min avro məbləğində cərimə edib.

Moderator.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qarşılaşma yanvarın 28-də Frankfurt-Mayn şəhərində keçirilib və "Tottenhem"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

BBC-nin məlumatına görə, oyun zamanı "Tottenhem"in üç azarkeşi nasist salamı nümayiş etdirib. Cəriməyə əlavə olaraq, kluba növbəti səfər oyunu üçün azarkeşlərinə bilet satmaq qadağası qoyulub. Bu qadağa sınaq müddəti ilə tətbiq edilir və qərarın verildiyi tarixdən etibarən bir il müddətinə qüvvədədir. Həmçinin "Tottenhem" meydana əşyalar atdığı üçün 2.25 min avro məbləğində əlavə cərimə olunub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər