Messi Peleyə çatdı
İdman
262
11:26, Bu gün

Messi Peleyə çatdı

ABŞ-nin “İnter Mayami” klubunun kapitanı Lionel Messi cərimə zərbələrindən vurulan qolların sayına görə Braziliya millisinin sabiq futbolçusu Peleyə çatıb.
 
Moderator.az xəbər verir ki, argentinalı hücumçu buna MLS-in müntəzəm mövsümünün II turunun “Orlando Siti” ilə səfər matçında nail olub.
 
Matçda dubl edən ulduz futbolçu 2-ci qolu standart vəziyyətdən vurub. Bununla da Messi cərimə zərbəsindən vurduğu qolların sayını 70-ə çatdırıb. Argentina millisinin kapitanı hazırda bu göstəricidə yalnız braziliyalı veteran yarımmüdafiəçi Juninyo Pernambukanodan (77 qol) geri qalır.
 
Qeyd edək ki, “Orlando Siti” - “İnter Mayami” oyunu qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Link kopyalandı!
Son xəbərlər