Bizi sosial şəbəkələrdən izləyin:
İranın "Esteqlal" klubunda çıxış edən mərakeşli futbolçu Munir El Haddadi ABŞ və İsrailin hücumlarından sonra ölkəni tərk edib.
Moderator.az xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkə hesabında yaydığı açıqlamada bildirib.
O qeyd edib ki, təhlükəsizlik səbəbi ilə əvvəlcə hava yolu ilə ölkədən getməyi planlaşdırıblar. Lakin təxliyə prosesi ilə əlaqədar uçuş baş tutmayıb. Futbolçunun sözlərinə görə, klub tərəfindən təmin edilən avtomobillə quru yolla sərhədi keçərək Türkiyəyə çatıb və hazırda təhlükəsiz yerdədir.
Haddadi yaxın günlərdə İspaniyaya yollanacağını da əlavə edib.
Qeyd edək ki, hücumçu karyerasına "Barselona"nın futbol akademiyasında başlayıb. Daha sonra "Valensiya", "Deportivo" və digər La Liqa klublarında çıxış edib. 2025-ci ilin sentyabrında "Esteqlal" klubuna transfer olunub.