İngiltərə Premyer Liqası:
İdman
339
01 Mar 2026 | 23:00

İngiltərə Premyer Liqası: "Arsenal"dan "Çelsi" üzərində inamlı qələbə - VİDEO

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 28-ci turu çərçivəsində Londonun "Arsenal" və "Çelsi" komandaları arasında keçirilən oyun başa çatıb.

Qarşılaşmada "topçular" 2:1 hesablı qələbə qazanıblar. Görüş "Emirates" stadionunda baş tutub. Oyunun baş hakimi Darren İngland olub.

Matçın 21-ci dəqiqəsində Vilyam Saliba hesabı açaraq "Arsenal"ı önə keçirib. İlk hissənin əlavə edilmiş 45+2-ci dəqiqəsində Piyero İnkapye avtoqol müəllifi olub və hesab bərabərləşib. 66-cı dəqiqədə Yurriyen Timber meydan sahiblərini yenidən üstün vəziyyətə çıxarıb.

70-ci dəqiqədə isə qonaq komandanın futbolçusu Pedru Netu ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb və "Çelsi" oyunu azlıqda davam etdirib.

Bu nəticədən sonra "Arsenal" 64 xalla İngiltərə çempionatının turnir cədvəlinə başçılıq edir. "Çelsi" isə 45 xalla altıncı pillədə qərarlaşıb.

Növbəti turda "topçular" səfərdə "Brayton"la (4 mart) qarşılaşacaqlar. "Çelsi" isə eyni gündə səfərdə "Aston Villa" ilə üz-üzə gələcək.

Link kopyalandı!
Son xəbərlər