İdman
338
20:45, Bu gün

"Mançester Yunayted" "Kristal Pelas"ı məğlub edərək üçüncü pilləyə yüksəlib

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 28-ci turu çərçivəsində "Mançester Yunayted" və "Kristal Pelas" komandaları arasında keçirilən oyun başa çatıb.

Qarşılaşmada "qırmızı şeytanlar" 2:1 hesablı qələbə qazanıblar. Görüş Mançesterdə yerləşən "Old Trafford" stadionunda baş tutub. Oyunun baş hakimi Kris Kavanao olub.

Matçın 4-cü dəqiqəsində Maksans Lakrua qonaqları hesabda önə çıxarıb. Lakin o, 56-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. Cəmi bir dəqiqə sonra - 57-ci dəqiqədə Bruno Fernandeş penaltini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib. Qələbə qolunu isə 65-ci dəqiqədə Benyamin Şeşko vurub.

Bu nəticədən sonra "Mançester Yunayted" 51 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. "Kristal Pelas" isə 35 xalla 14-cü yerdədir.

Növbəti turda Mançester təmsilçisi martın 4-də "Nyukasl Yunayted"lə qarşılaşacaq. London klubu isə bir gün sonra "Tottenhem Hotspur"la üz-üzə gələcək.

Link kopyalandı!
Son xəbərlər