Bəhlul Mustafazadə əməliyyat olundu
İdman
158
17:05, Bu gün

Bəhlul Mustafazadə əməliyyat olundu

"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
 
Bildirilib ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.
 
B.Mustafazadənin, təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.
 
Link kopyalandı!
Son xəbərlər