İsraildə futbol çempionatının bütün oyunları təxirə salınıb
İdman
37
14:26, Bu gün

İsraildə futbol çempionatının bütün oyunları təxirə salınıb

Futbol üzrə İsrail çempionatının bu günə planlaşdırılan bütün oyunları təxirə salınıb.

Moderator.az xəbər verir ki, bu barədə liqanın mətbuat xidməti məlumat yayıb.

XXV turun 1 və 2 martda keçirilməsi nəzərdə tutulan digər iki matçı da başqa tarixdə reallaşacaq.

Xatırladaq ki, bu gün İsrail dövləti ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün İrana qabaqlayıcı zərbə endirib. İsrailin bütün ərazisində dərhal fövqəladə vəziyyət elan edilib. Yaxın Şərqdə baş verən hadisələr səbəbindən təhlükəsizlik məqsədilə bu bölgəyə daxil olan bəzi ölkələr hava məkanlarını bağlayıb. Məlumatlarda qeyd olunub ki, ABŞ İsrailin İrana endirdiyi zərbələrdə iştirak edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər