08:24
4°C
Bakı
Beynəlxalq Konkisürmə İttifaqı fiqurlu konkisürmədə hakim qərarlarının açıq tənqidinə qadağa tətbiq etməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "RİA Novosti" müvafiq sənədə istinadən məlumat yayıb.
Qadağa həm idmançılara, həm də məşqçilərə şamil ediləcək. Sənəddə qeyd olunur ki, yarış iştirakçıları və ya komanda rəsmiləri tərəfindən hakimlərə və ya onların qərarlarına qarşı birbaşa, eləcə də üçüncü tərəf vasitəsilə səsləndirilən yolverilməz ictimai şərhlər beynəlxalq təşkilatın intizam komissiyası tərəfindən cəzalandırıla bilər.
Sənəd fevralda milli federasiyalara göndərilib və bir ay ərzində rəy bildirilməsi tələb olunur.