00:04
5°C
Bakı
Cari mövsümün sonunda "Milan"la anlaşması yekunlaşacaq xorvatiyalı futbolçu Luka Modriçin müqaviləsində müddətin daha bir il artırılması imkanı mövcuddur.
Moderator.az "La Gazzetta Dello Sport" nəşrinə istinadla bildirir ki, baş məşqçi Massimiliano Alleqri təcrübəli yarımmüdafiəçinin gələn mövsüm də heyətdə yer almasını arzulayır.
Əgər Modriç komandada qalmağa qərar verərsə, klubun icraçı direktoru Corco Furlani və idman direktoru İqli Tare onunla yeni sözləşmə imzalamağa hazır olduqlarını ifadə ediblər.
Xatırladaq ki, Modriç 2025-ci ilin yayından etibarən "Milan"ın şərəfini qoruyur. Təcrübəli futbolçu cari mövsümdə "qırmızı-qaralar"ın forması ilə çıxdığı 28 rəsmi oyunda iki qol vurub və üç məhsuldar ötürmə edib.