İdman
26
21:17, Bu gün

"Qalatasay"lı Metehan Baltacı barəsində 13 ilədək həbs cəzası tələb olunur

Futbolda qanunsuz mərc oyunları ilə bağlı Türkiyədə aparılan istintaq çərçivəsində saxlanılan "Qalatasaray" klubunun futbolçusu Metehan Baltacı ilə bağlı ittiham aktı hazırlanıb.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, hazırlanan iddianamədə oyunçu barəsində dörd ildən 13 ilədək azadlıqdan məhrumetmə cəzası istənilir.

İstintaqın yekununda tərtib edilən sənəddə Baltacının "informasiya sistemləri, bank və ya kredit qurumlarından istifadə etməklə dələduzluq" və "razılaşdırılmış oyun və təşviq mükafatı" maddələri ilə mühakimə olunması tələb olunur.

Məsələ ilə bağlı məhkəmə prosesinin yaxın vaxtlarda başlanacağı gözlənilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər