İdman
29
19:07, Bu gün

"Qalatasaray" və "Samsunspor"un oyunları təxirə salındı

Türkiyə Futbol Federasiyası (TFF) qitəmiqyaslı turnirlərdə ölkəni təmsil edən "Qalatasaray" və "Samsunspor" klublarının daxili çempionatdakı matçları ilə bağlı təxirəsalma qərarı qəbul edib.

Moderator.az-ın məlumatına görə, Superliqanın 27-ci turu çərçivəsində 17, 18 və ya 19 mart tarixlərində baş tutması nəzərdə tutulan "Göztəpə" - "Qalatasaray" və "Çaykur Rizespor" - "Samsunspor" qarşılaşmaları daha sonrakı tarixdə oynanılacaq.

Məlumat üçün bildirək ki, "Qalatasaray" Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"la ilk duelini martın 10-u və ya 11-də İstanbulda, cavab görüşünü isə ayın 17-si və ya 18-də səfərdə keçirəcək.

"Samsunspor" isə Konfrans Liqasının 1/8 final mərhələsində İspaniyanın "Rayo Valyekano" kollektivi ilə martın 12-də və 19-da üz-üzə gələcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər