İdman
45
18:05, Bu gün

"Real Madrid" "Mançester Siti"nin ulduzunu heyətinə qatmaq istəyir - FOTO

"Real Madrid" klubu yay transfer pəncərəsində "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini heyətinə qatmaq istəyir.

Moderator.az xəbər verir ki, "Kral klubu" bu transferi reallaşdırmaq üçün artıq ilkin hazırlıqlara başlayıb.

Əgər yarımmüdafiəçi diz zədəsini tam bərpa edərsə və tibbi göstəriciləri qənaətbəxş olarsa, "Real" onun üçün 50 milyon avro ödəməyə razıdır.

Təklif olunan məbləğin nisbətən az olmasının başlıca səbəbi kimi Rodrinin "şəhərlilər"lə olan müqaviləsinin 2027-ci ilin yayına qədər qüvvədə qalması göstərilir.

Qeyd edək ki, Rodri cari mövsümdə zədələr ucbatından "Mançester Siti"də 23 oyuna çıxıb və bir qol vurub.

Real Madrid Mançester Sitinin ulduzunu heyətinə qatmaq istəyir

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər