Azərbaycan güləşçisi Cəbrayıl Hacıyev Tiranada beynəlxalq turnirdə mükafat qazanıb
İdman
39
23:17, Bu gün

Azərbaycan güləşçisi Cəbrayıl Hacıyev Tiranada beynəlxalq turnirdə mükafat qazanıb

Azərbaycanın daha bir sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində bürünc medal qazanıb.

Moderator.az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Hacıyev hindistanlı Saqar Caqlana 10:4 hesabı ilə qalib gələrək reytinq turnirində bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl digər təmsilçilərimizdən Rəşid Babazadə (65 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc mükafat əldə ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər