Azərbaycan Yüksək Liqası:
İdman
29
23:01, Bu gün

Azərbaycan Yüksək Liqası: "Abşeron" və "DH Volley" kollektivləri qələbə qazanıb

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XV tura start verilib.

Moderator.az-ın məlumatına görə, turun ilk oyun günündə iki görüş baş tutub.

Əvvəlcə "Abşeron" "Murov Az Terminal" komandasını 3:1 (25:14, 21:25, 25:17, 25:13) hesabı ilə üstələyib. Ardınca isə "DH Volley" komandası "Gəncə"ni məğlub edib - 3:2 (19:25, 17:25, 25:12, 25:22, 15:10).

Hər iki qarşılaşma Azərbaycan Voleybol Federasiyasının idman zalında baş tutub.

Qeyd edək ki, XV tura fevralın 27-də yekun vurulacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər