Frenki de Yonq zədə səbəbindən 1 ay yaşıl meydanlardan kənar qalacaq
İdman
45
22:30, Bu gün

Frenki de Yonq zədə səbəbindən 1 ay yaşıl meydanlardan kənar qalacaq

İspaniya təmsilçisi "Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq komandanın son məşqi zamanı zədələnib.

Moderator.az "AS" nəşrinə istinadən xəbər verir ki, ilkin tibbi müayinə 28 yaşlı niderlandlı futbolçunun budunun arxa əzələsində yırtıq olduğunu üzə çıxarıb.

Onun azı bir ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

De Yonq 2025/2026 mövsümündə Kataloniya təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 31 oyunda iştirak edib, 1 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Frenki de Yonqun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər